YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı qeyd olunub

Salyan rayonunda 5 İyun - Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

YAP Salyan rayon təşkilatının inzibati binasında davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, ölkədə aqrar sahənin inkişafında, torpaqların münbitliyinin artırılmasında, əkin sahələrinin etibarlı su təminatının yaradılmasında və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində meliorasiya işçilərinin mühüm rol oynadığını vurğulayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə su təsərrüfatı və meliorasiya sahəsində genişmiqyaslı layihələr həyata keçirilir, müasir infrastruktur yaradılır, mövcud sistemlər yenidən qurulur və bu istiqamətdə görülən işlər regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

Çıxış edən Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizov qeyd edib ki, rayonda suvarma və kollektor-drenaj şəbəkələrinin etibarlı istismarı, kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildirilib ki, meliorasiya və su təsərrüfatı işçiləri üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirərək rayonun kənd təsərrüfatının inkişafına töhfə verməyə çalışırlar.

Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavinləri Rövşən Məmmədov və Abbas Mikayılov, Hüquq və insan resursları şöbəsinin rəisi Təranə Əliyeva, Nəqliyyat şöbəsinin rəisi Samuray Məhərrəmov, Abonent xidməti şöbəsinin mühəndisi Ağabəyim Məmmədova, Texniki istehsalat və istismar şöbəsinin mühəndisi Əli Əlizadə həmkarlarını peşə bayramı münasibətilə təbrik edərək, ölkədə su təsərrüfatı və meliorasiya sahəsinə göstərilən dövlət qayğısından bəhs ediblər. Natiqlər həyata keçirilən tədbirlərin kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və torpaq ehtiyatlarından səmərəli istifadənin təmin olunmasına mühüm töhfə verdiyini vurğulayıblar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına və peşə bayramı münasibətilə Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bir qrup əməkdaşı fəxri fərman və təşəkkürnamələrlə təltif olunub. Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.