YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin avqust ayında Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 8,2 faiz azalıb

Ölkəmizdə sosial rifah halının getdikcə yaxşılaşması və sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təminatına nəzarətin artırılması nəticəsində ünvanlı dövlət sosial yardımı alanların sayı ötən ay da azalmaqda davam edib.

Cari ilin avqust ayında respublikamızda 117846 ailə (511963 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 10561 ailə (49433 nəfər ailə üzvü) və ya 8,2 % azdır. Ailə üzvlərinin sayına görə isə azalma 8,8 % təşkil edib.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Ötən ay ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,27 manat (17,2 %) artaraq 151,68 manata çatıb. Ünvanlı sosial yardım alan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 243085 nəfər, o cümlədən, 1 yaşadək ailə üzvlərinin sayı 5838 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5640 nəfərdir. Bu yardımın təyin olunduğu ailələrin 33433-ü tərkibində 3 və daha çox uşağı olanlardır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması üçün texniki infrastruktur, habelə bu sistemə keçidlə əlaqədar yeni qaydalar hazırlanır. Hazırda  müvafiq proqram təminatları test yoxlamaları əsasında təkmilləşdirilir. Bu yeni sistem aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaqdır.