YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüksək nəticələr əldə etmiş məzunlarla görüş...

Sentyabrın 11-də Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2023-2024-cü tədris ilinin yekunlarının müzakirəsi və respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi Əfqan İskəndərov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, şəhid ailələri və qazilər iştirak edib

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək dahi şəxsiyyətin ruhuna dualar oxuyublar.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Dahi Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Çıxış edən natiqlar tələbə adını qazanan məzunları təbrik edərək, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıblar. Bildirilib ki, 2023-2024-cü tədris ilində Pirallahı rayon ümumtəhsil məktəblərindən məzun olan 168 şagirddən 77 nəfəri (66%) tələbə adını qazanıb. Tələbə adını qazanan məzunlardan 8 nəfəri 500-dən yüksək bal toplayaraq respublikamızın nüfuzlu ali təhsil ocaqlarına qəbul olublar.

Çıxışlarda, həmçinin ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühitin formalaşdığı, məktəblilərin milli ruhda yetişdikləri qeyd olunub və bu nailiyyətlərin dövlətin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi olduğu vurğulanıb. Təhsil və təlim-tərbiyə sahəsində görülən işlərdən danışan natiqlər Pirallahının respublikada sayılıb seçilən nümunəvi rayonlar arasında olduğunu bildiriblər.

Məzunlar gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər, onlar gələcəkdə savadlı və vicdanlı mütəxəssis olaraq Vətənimizin inkişafı naminə əllərindən gələni edəcəklərinə söz veriblər.

Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlar və rayonun ictimai həyatında fərqlənən bir qrup müəllim rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunub, onlara hədiyyələr təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv