YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi dialoq prosesi yeni müstəvidə

Malik Mirzəyev

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı bir sıra geosiyasi proseslər və yeni çağırışlar fonunda strateji əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında mövcud olan fəal siyasi dialoqdan danışan dövlətimizin başçısı bildirib ki, ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. Vurğulanıb ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir.

Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Qeyd edidiyi kimi, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün Azərbaycan ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.

Son zamanlar Azərbaycan və İtaliya arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyinin şahidi oluruq. Avropa İttifaqının vacib dövlətlərindən olan İtaliya ilə əlaqələrin iqtisadi inkişafı təbii ki, siyasi dialoqun nəticəsidir. İtaliya-Azərbaycan  əlaqələrindən danışarkən ilk növbədə enerji layihələri nəzərdə tutulur. İtaliya və Azərbaycan enerji təhlükəsizliyi və iqtisadi-ticari əlaqələr baxımından mühüm strateji tərəfdaşdır. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib.

Azərbaycan bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilmiş İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələrə malikdir. İki ölkə arasında siyasi dialoqun yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənib.