YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında Türk Dövlətləri Təşkilatı beynəlxalq müşahidə missiyasının üzvləri ilə görüş keçirilib

Avqustun 29-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türk Dövlətləri Təşkilatı (TDT) müşahidə missiyasının rəhbəri, TDT baş katibinin müavini Ömer Kocaman və missiyanın digər üzvləri arasında görüş keçirilib.

Görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən Ömer Kocaman TDT müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın demokratik seçki təcrübəsi 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin də yüksək rəqabət şəraitində - azad, şəffaf və ədalətli keçirilməsinə zəmin yaradır.

Ömer Kocaman parlament seçkilərinin Azərbaycanın seçki təcrübəsinin daha da zənginləşməsinə və ölkənin inkişafına təkan verəcəyinə inamını ifadə edib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov TDT müşahidə missiyasının Azərbaycanda seçkilərin ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilməsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Azərbaycanın parlament seçkilərinə tam hazır olduğunu, bütün texniki və təşkilati məsələlərin yerinə yetirildiyini söyləyən Tahir Budaqov indiyədək seçki prosesinin gedişatı ilə əlaqədar hər hansı ciddi problemlərin olmadığını qeyd edib. YAP Sədrinin müavini bu seçkilərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra bütün ölkə ərazisində keçirilən ilk parlament seçkiləri olmasının əlamətdar və qürurverici olduğunu diqqətə çatdırıb.

Daha sonra Tahir Budaqov missiyanın üzvləri - Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, TDT Katibliyinin Özbəkistandan olan layihə direktoru Murodjon Mustofaev, TDT Katibliyinin Qazaxıstandan olan layihə direktoru Yerjan Mustafin və Qırğız Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Altınbek Kubatbekovun Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq çərçivəsində gördüyü işlər və seçki prosesinin gedişatına dair suallarını cavablandırıb.

TDT nümayəndələrinin seçkiləri müşahidə etməsinin türk dövlətləri arasında müsbət seçki təcrübəsinin mübadiləsi baxımından önəmini vurğulayan YAP Sədrinin müavini onlara fəaliyyətində uğurlar arzulayıb.