YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Doğru seçim!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın Əmircan qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Namizəd Afət Həsənova hazırkı reallıqlar fonunda YAP-ın qarşısında duran məqsədlər və hədəflər barədə ətraflı danışıb. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb və Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatların növbəti dəfə dəstəklənəcəyinə əminliyini ifadə edib.

Afət Həsənova seçiciləri narahat edən müxtəlif məsələləri də dinləyib, yenidən deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verib.

Seçicilər Azərbaycanın firavan gələcəyi naminə Milli Məclisə keçiriləcək seçkilərdə məhz Afət Həsənovaya səs verəcəklərini qeyd ediblər.