YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələlilər YAP-ın namizədini dəstəkləyirlər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 116 saylı Qəbələ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ədilə Əliyeva Qəbələ şəhərinin 20 yanvar küçəsində seçicilərlə məhəllə görüşü keçirib.

Görüşdə deputatlığa namizəd Ədilə Əliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Namizəd seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.

Öz  növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.