Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Yuxarı Tala kəndində Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Məhərrəm Əsgərovun ailəsini ziyarət edib.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunaraq ruhuna dualar oxunub. Millət vəkili bildirib ki, şəhid ailələri xalqımızın mənəvi dəyəridir, bu kateqoriyadan olan şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
Daha sonra Asif Əsgərov növbəti Zaqatala rayonunun Bəhmətli kəndində seçicilərlə görüş keçirib. Bu görüşdə Bəhmətli kəndinin sakinləri ilə yanaşı, ətraf yaşayış məntəqələrindən gələn seçicilər də iştirak ediblər.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Şəhid ailəsi və seçicilər göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
