Partiya xəbərləri
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Avqustun 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının bütün seçki dairələrində səsvermə günü müşahidə aparacaq şəxslərin təlimatlandırılması məqsədilə müşavirə keçirilib.
Seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı izahat və məlumat verilib.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.