Xəbərlər
Xalqın dəstəyi, YAP-ın gücü
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlahə Abdullazadənin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Azərbaycan tarixdə özünün ən böyük yüksəliş dövrünü yaşayır: “Bu inkişafın əsası Ulu Öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərlik etdiyi dövrdə qoyulub, daha sonra dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilib. O, deputatlığa namizəd İlahə Abdullazadə haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd İlahə Abdullazadə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. O, qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası 32 ilə yaxın müddətdə Azərbaycanın siyasi səhnəsindədir və ölkənin hərtərəfli inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirməkdədir. O bildirib ki, bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır. YAP- bu dəfə də möhtəşəm qələbə qazanacaq.
İlahə Abdullazadə çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və seçkilərdə fəal olmağa çağırıb.
Çıxış edən seçicilər də sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.