YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həqiqətlər və hədəflər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 92 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Firəngiz Məmmədyarovanın Ağdaş rayonu, Yuxarı Qəsil kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü YAP Ağdaş  rayon təşkilatının sədr müavini İsa Eminov  açaraq deputatlığa namizəd Firəngiz Məmmədyarova haqqında seçicilərə ətraflı məlumat verib. Müstəqil Azərbaycanın tarixində ilk dəfə Milli Məclisə seçkilərin bütün ölkə ərzisində keçiriləcəyini diqqətə çatdıran İ.Eminov  seçiciləri fəal olmağa və partiyanın namizədinə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Firəngiz Məmmədyarova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, sentyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən bəhs edib, Prezident İlham Əliyevin həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən danışıb.

Seçicilər parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.