Xəbərlər
YAP daim xalqın mənafeyindən çıxış edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rasim Novruzovun Təklə kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını bildirib. YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inandığını qeyd edib. O, deputatlığa namizəd Rasim Novruzov haqqında seçicilərə məlumat verib.
Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Tədbirdə təşviqat qrupunun üzvlərindən Bəhruz Aslanov, Günay Muradova və seçicilərdən Fəyaz İmanverdiyev çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.