YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qardaşlığımız əbəbdidir”

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı 15 sentyabr 1918-ci il tarixində Bakının Stepan Şaumyanın rəhbərlik etdiyi bolşevik və daşnak birləşmələrinin və ingilislərin nəzarətində olan Sentrokaspi Diktaturasının işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə “Qardaşlığımız əbəbdidir” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə əvvəlcə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 1918-ci ildə baş vermiş qanlı hadisələri xatırladaraq Nuru paşanın rəhbərlik etdiyi XI Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etmək üçün göstərdiyi qəhrəmanlığın Azərbaycan tarixində mühüm rol oynadığını bildirib.

1918-ci ildə regionda və ölkəmizdə mövcud olan vəziyyət barədə ətraflı danışan YAP rayon təşkilatının sədri tədbir iştirakçılarına bu şanlı tarixin əhəmiyyəti barədə geniş məlumat verib. Həmçinin, qarşıdan xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən tarixi gün - 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərinin ildönümünün gəldiyini xatırladan Qafar Əliyev bu əməliyyat nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunduğunu vurğulayıb.

Sonra 1918-ci il sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə həsr olunmuş “Qardaşlığımız əbədidir” adlı videoçarx nümayiş etdirilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in üzvü Munis Bayramov çıxışında 1918-ci il sentyabrın 15-də baş vermiş tarixi hadisələrin xatırlanmasının gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, əsrlər boyu davam edən Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı tarixin müxtəlif mərhələlərində, o cümlədən 2020-ci ildə baş vermiş Vətən müharibəsində özünü bariz şəkildə göstərib.

“Qarabağ Qaziləri” İctimai Birliyinini sədri Əvəz İsmayılov, 180 nömrəli tam orta məktəbin tarix müəllimi Əhəd Məmmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədr müavini Qafqaz Əhmədov, YAP fəalları Türkanə Əliyeva, Amin Şamilzadə və başqaları Türkiyə-Azərbaycan qardaşlığının tarixin sınaqlarından daim şərəflə çıxdığını, xalqlarımızın qardaşlığının əbədi olduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdirib.

DİGƏR Xəbərlər Arxiv