Xəbərlər
Aytən Mustafayeva: Miqrasiya probleminin obyektiv səbəbləri var
«Şərq ölkələrindən Avropaya doğru başlanan miqrasiya probleminin obyektiv səbəbləri var». Bu fikri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.
A.Mustafayeva bildirib ki, bu problemləri yaradan Avropa ölkələrinin özüdür. Onun sözlərinə görə, Qərb, Avropa dövlətləri tərəfindən şərqdə süni yaradılmış müharibələr, inqilablar ağır nəticələr verməkdədir.
«Təbii ki, onlar gəlib Avropa dəyərlərini bayraq tutaraq, bu müharibələri qızışdıraraq öz həyat tərzlərini nümunə kimi qoyublar. Müharibələr, qırğınlar nəticəsində insanlar bir ölkədən digərinə köç edərək Avropa ölkələrinə getmək məcburiyyətində qalırlar. Baxmayaraq ki, bu, çox qorxulu bir keçiddir. Hətta biz gördük və şahidi olduq ki, orada necə ölüm hadisələri baş verib. Bütün bu faciələr Avropa ölkələrinin düşünülməmiş apardıqları siyasətin nəticəsidir»- deyə, A.Mustafayeva vurğulayıb.