Xəbərlər
Çinin Dalyan şəhərində ənənəvi “Yay Davosu” işə başlayıb
Çin Xalq Respublikasının Dalyan şəhərində Dünya İqtisadi Forumunun “Yeni çempionlar” adlı 9-cu illik iclası işə başlayıb.
“Yay Davosu” adlandırılan iclasda 90-dan çox ölkədən 1700-ə yaxın nümayəndə, o cümlədən hökumət rəsmiləri, regional təşkilatların və iri şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.
Sentyabrın 11-dək davam edəcək iclasın gedişində dünyanı əhatə edən aktual mövzular, o cümlədən iqtisadi inkişaf prosesləri, maliyyə bazarlarının qeyri-stabilliyi, internetin gələcəyi kimi məsələlər diqqət mərkəzində olacaq.
Azərbaycanı “Yay Davosu”nda rabitə və yüksək texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə nümayəndə heyəti ilə təmsil edir.