YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz və qətiyyətli

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 91 saylı Göyçay seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərid Əkbərovun Göyçay  rayonu, Alxasava kəndində seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov deputatlığa namizəd Fərid Əkbərov haqqında seçicilərə məlumat verib. S.Şükürov bütün seçkilərdə inamlı zəfərlər əldə edən  Yeni Azərbaycan Partiyasının bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib: “Hesab edirəm ki, bundan sonrakı dövrdə regionun inkişafı daha böyük vüsət alacaq. Artan iqtisadi gücümüz, aparılan  islahatlar daha böyük işlərin görülməsinə vəsilə olacaq”.

Çıxış edən deputatlığa namizəd Fərid Əkbərov əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verərək, YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini qeyd edib. F.Əkbərov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə səsləyib.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Zahidə Mirzəliyeva, Namət Şirinov, Əlisafa Bəykişiyev və digərləri çıxış edərək seçiciləri sentyabrın 1-də keçiriləcək seçkilərdə fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Seçicilər adından çıxış edən Alxasava kənd sakinləri 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.