Xəbərlər
Prezident İlham Əliyev Taleh Zöhrabovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycanın baş konsulu təyin edilməsi haqqında Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Taleh Balaşirin oğlu Zöhrabovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər Sərəncamına əsasən, Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
