YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın seçimi YAP-ın namizədidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Sabunçu rayonu Ramana və Pirşağı qəsəbəsində məskunlaşmış seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xocalı  rayon təşkilatının sədri Vahid Əliyev Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu partiyanın hər zaman Azərbaycan xalqının rifahına xidmət etdiyini bildirib. Rayon təşkilatının sədri YAP-ın "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıraraq seçicilərin dəstəyi ilə qarşıya qoyulan hədəflərin reallaşdırılacağına əminliyini vurğulayıb.

Çıxış edən deputatlığa namizəd Elman Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi ədalətin bərpasına nail olub: “Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində yeni reallıqlar yaradan Azərbaycan dünyada söz sahibinə çevrilib”. O, artıq Xocalı şəhərində də sakinlərin parlament seçkilərində iştirak edəcəyini qürurla vurğulayıb.

Tədbirdə iştirak edən təşviqat qrupunun üzvləri Hamlet Məhərrəmov, Əkbər Məmmədov, Oktay Balacayev, Faiq Quliyev rvə başqaları çıxışlarında  YAP-ın xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli - layiqli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.