Xəbərlər
Vədlər yerinə yetirilir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin rayonun Mahamalar kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını deyib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından danışıb. Qeyd olunub ki, yeni dövr Azərbaycana yeni uğurlar vəd edir.
Tədbirdə çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələrinin yazıldığını bildirib. Onun sözlərinə görə, ölkədə güclü iqtisadiyyat, ordu quruculuğu, sosial rifah sahələrində böyük irəliləyişlər əldə edilib. N.Məhəməliyev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Təbliğat-təşviqat qrupunun üzvü Cavanşir İsmayılov, kənd sakinləri Zümrüd Dibirova, Zübeyd Zralov çıxış edərək bu gün Azərbaycanın tərəqqi və Zəfər yolunda əmin addımlarla irəlilədiyini deyiblər.