YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlament seçkiləri YAP-a inamın növbəti ifadəsi olacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun Şağlakücə kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev YAP-ın Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu deyib. O, partiyanın əldə etdiyi nailiyyətlərdən söz açaraq parlament seçkilərində YAP-ın qələbə qazanmasının ölkəmizin uğurlu gələcəyi naminə son dərəcə önəmli olduğunu bildirib.

Çıxış edən deputatlığa namizəd A.İsgəndərov  dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsində müstəsna rol oynadığını deyib. Namizəd parlament seçkilərinin də YAP-ın qələbəsi ilə yekunlaşacağına əminliyini ifadə edərək deyib: “İnanırıq ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın YAP-a inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətininin birmənalı göstəricisi olacaq”.

Çıxış edənlər YAP-ın məqsədyönlü fəaliyyətindən, əldə edilən uğurlardan və gələcək hədəflərdən danışıb, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Anar İsgəndərov Şağlakücə kəndində şəhid məzarlarını ziyarət edib, Lüvəsər kəndində seçiçilərlə fərdi görüşlər keçirib.