YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli maraqlara xidmət edən siyasət

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Gülgün Kərimovun seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, daim dövlətçiliyimizə xidmət edən Yeni Azərbaycan Partiyası əldə olunan uğurlarla kifayətlənmir, yeni hədəflərə doğru irəliləyir: “Təsadüfi deyil ki, YAP bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb”.

O, deputatlığa namizəd Gülgün Kərimov haqqında seçicilərə ətraflı məlumat verib.

Çıxış edən deputatlığa namizəd Gülgün Kərimov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb.

Gülgün Kərimov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Fərhad Hacıyev, Reyhan Yolçuyeva və Şahsuvar Mehdiyev qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın inkişafında müstəsna rol oynayıb, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfələrini verəcək.

Görüş iştirakçılarından Rəşad Əfəndi, Akif Vəliyev, Sabir Allahyarov və şəhid atası Nazim Yusifov 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.