YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti tarixi hadisə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İbrahim Məmmədovun Ağdam rayonunun Təzəkənd qəsəbəsindən olan seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev bildirib ki, Azərbaycan xalqı 1 sentyabrda keçiriləcək parlament seçkilərində növbəti tarixi hadisəyə şahidlik edəcək. O, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçərək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığını deyib. Daha sonra Mansur Quliyev deputatlığa namizəd İbrahim Məmmədov haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd İbrahim Məmmədov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.

Deputatlığa namizəd İbrahim Məmmədov seçiciləri parlament seçkilərində fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıb.