YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda şəhid ailəsi ziyarət edilib

Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Hikmət Məmmədov Vətən müharibəsi şəhidi Əhmədağa Novruz oğlu İsgəndərovun ailəsini ziyarət edib.
Şəhidin əziz xatirəsini ehtiramla yad edən YAP-ın deputatlığa namizədi Hikmət Məmmədov şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların arzu və istəklərini dinləyib.

H.Məmmədov qeyd edib ki, şəhid ailələrinə, Vətən müharibəsi və Qarabağ müharibəsi əlillərinə, veteranlara diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli ölkə başçısının hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir. Cəmiyyətimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini daim uca tutur və onların ailə üzvləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Hikmət Məmmədov həmçinin YAP-ın  seçki platforması haqqında məlumat verib və partiyanın bu seçkilərdə də inamlı qələbə qazanacağına dair əminliyini bildirib.

Şəhidin atası Novruz İsgəndərov və ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə, ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər, şəhid ailələrinə olan diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.

Hikmət Məmmədova qarşıdan gələn parlament seçkilərində uğurlar arzu edən şəhid ailəsinin üzvləri seçkilərdə YAP namizədini dəstəkləyəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv