Xəbərlər
Daha güclü yeni Azərbaycan naminə...
Yeni Azərbaycan Partiyasına yalnız qələbə yaraşır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimovun YAP Nəsimi rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimov haqqında seçicilərə məlumat verib. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Vurğulanıb ki, bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin siyasi-iqtisadi və hərbi qüdrətinin, bütövlükdə isə dövlətimizin dünya birliyində mövqeyinin daha da güclənməsini təmin edib.
Görüş zamanı çıxış edən deputatlığa namizəd Elnur Rəhimov seçiciləri 1 sentyabrda parlaq gələcək naminə Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıb.
Şəhid ailələri və qazilər Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildirib.
Tədbirdə çıxış edən seçicilər 1 sentyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini vurğulayıblar.