YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbələr yolu ilə!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xaliq Hüseynov YAP Nəsimi rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə görüş keçirib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiya olduğunu deyib. A.Süleymanov hakim partiyanın bu dəfə də qələbə qazanacağına əminliyini bildirib, deputatlığa namizəd Xaliq Hüseynov barəsində seçicilərə məlumat verib.

Xaliq Hüseynov Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində görülən misilsiz işlərdən, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıb, ölkənin inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdığını bildirib.

Namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Seçicilər də 1 sentyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini qeyd ediblər.