YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qələbələrə doğru

2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsində  Yeni Azərbaycan Partiyasının (YAP) 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizədi Nizami Babaşovun seçicilərlə görüşü keçirilib.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Yeni Azərbaycan Partiyasının seçkilərə yüksək səviyyədə hazırlaşdığını, partiyanın bu dəfəki seçkilərdə də yüksək göstəricilərlə qələbə qazanacağına əmin olduğunu bildirib.

Deputatlığa namizəd Nizami Babaşov isə çıxışı zamanı bildirib ki, Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi dövlətimizin və xalqımızın maraqları naminə fəaliyyət göstərən ən böyük siyasi təsisatdır. Nizami Babaşov qeyd edib ki, YAP-ın cəmiyyətdə nüfuzu olduqca yüksəkdir və partiyanın bu dəfəki seçkilərdə qələbə qazanacağı şübhəsizdir.

Görüşdə, həmçinin YAP Nizami rayon təşkilatının təşviqat qrupunun üzvlərindən Bahadur Məmmədov, Xaqani Səfərov və digərləri çıxış ediblər.

Çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.