Xəbərlər
Zəlzələ ilə əlaqədar Azsığorta şirkəti operativ qərargah açıb
4 sentyabrda Azsığorta şirkəti Fövqəladə Hallar Nazirliyi ilə birlikdə zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah açılıb. Şirkətin qəza ekspertləri, zərərləri qiymətləndirmək üçün ətraf rayonlara baş çəkiblər. /Trend/
Hazırda 60-dan çox ərizə qəbul edilib və bu proses davam edir. Zərərçəkənlərə kömək, ən qısa zamanda göstəriləcək.
Xatırladaq ki, 4 sentyabr tarixində Şəkidən 29 km. aralı güclü zəlzələ baş vermişdir – episentr ətrafında 7 bala qədər, Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər ətraf rayonlarda isə 5-6 bal gücündə təkanlar hiss edilib.