Xəbərlər
Xocalı seçiciləri ilə görüş keçirilib
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində məskunlaşmış Xocalı seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev YAP-ın parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Azərbaycan xalqı yenidən Heydər Əliyev yoluna sədaqətini ifadə edəcək, Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar qazandıran müstəqil siyasətinə birmənalı dəstək verəcək.
Çıxış edən deputatlığa namizəd Elman Məmmədov bildirib ki, artıq xocalılılar da öz doğma yurduna qayıtmaqla göz açdıqları doğma torpaqda yaşayırlar. YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında digər işğaldan azad olunan torpaqlar kimi, Xocalıda çiçəklənir və cənnətə çevrilir. E.Məmmədov keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması istiqamətində qarşıda dayanan hədəflərdən danışıb.
Təşviqat qrupunun üzvü Vidadi İsmayılov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.