YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın tərəqqisi naminə YAP-ın namizədinə səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının İmişli rayonunun Əliqulular kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi YAP  qələbələr partiyası kimi cəmiyyətdə özünü təsdiqləyib. 1 sentyabr seçkiləri isə qələbələrin davamı olacaq.  O, deputatlığa namizəd Səyyad Salahlı haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı isə bildirib ki, Azərbaycan yeni dövrə qədəm qoyub: “Dövlətimiz genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti, nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq qələbə qazanılıb. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları formalaşdırıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, respublikamız beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Aparılan bu davamlı inkişaf Ulu Öndər Heydər Əliyev yolunun davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP siyasi hakimiyyəti dövrünü əhatə edir”.

Səyyad Salahlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə, həmçinin Səxavət Tağıyev, Şahsuvar Əmrahov, Günay Tağızadə və digərləri çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Cəfərli kəndində  də görüşlər keçirib, bəzi ailələrin problemləri ilə maraqlanıb, anadangəlmə iflic xəstələri Faxrət Qaraşovun və Rasət Əliyevin ailələrini ayrı-ayrılıqda ziyarət edib.

DİGƏR Xəbərlər Arxiv