Xəbərlər
Dinamik inkişaf yolunda
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Həsənova Afət Əbil qızının Bakı şəhər Suraxanı rayonu, Bülbülə qəsəbəsi, III mədən küçəsində seçicilərlə görüşü keçirilib.
Çıxış edən deputatlığa namizəd Afət Həsənova Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından bəhs edib. Bildirilib ki, Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişafın bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin siyasi-iqtisadi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin etdiyi vurğulanıb.
Afət Həsənova dayanıqlı və dinamik inkişafın davamı naminə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə səsləyib.
Sakinlər də öz növbələrində müxtəlif məsələlərin həlli ilə bağlı təklif və müraciətlərini səsləndirib, 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.