YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncliyin seçimi Yeni Azərbaycan Partiyasıdır!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hikmət Məmmədovun ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov  vətəndaşların seçki hüququndan bəhs edərək bildirib ki, qarşıdan gələn  parlament seçkilərində gənclərin fəal olması olduqca vacibdir. Ölkə rəhbərliyinin hər zaman gənc nəslin inkişafına, təhsilinə diqqət və qayğısını xüsusi vurğulayan Anar Abbasov gənclərin də dövlətimizin inkişafında iştirakının mühüm olduğunu qeyd edib.

Deputatlığa namizəd Hikmət Məmmədov çıxış edərək dövlətin müasir Azərbaycan gəncliyinə çox böyük önəm verdiyini vurğulayıb: “Dövlət idarəçiliyində, siyasətdə getdikcə gənclərə daha çox yer verilməsi bunun bariz nümunəsidir. Dövlətin həyata keçirdiyi müxtəlif sosial layihələr gəncliyin inkişafına böyük stimul yaradır".

YAP-ın uğurlarının bütün Azərbaycanın nailiyyətləri olduğunu qeyd edən Hikmət Məmmədov gəncləri qarşıdan gələn parlament seçkilərində fəal olmağa, Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın namizədlərinə səs verməyə çağırıb. O bildirib ki, bu, prezident seçkilərindən sonra daha bir seçkidir ki, məhz bütöv Azərbaycan ərazisində keçiriləcək. Hikmət Məmmədov gəncləri keçirilən bütün siyasi kampaniyalarda fəal olmağa səsləyib.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Rasim Rzaxanov və partiya fəalı Aysel Tahirova Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək qayğıdan söz açıblar. Onlar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi ənənələrin bu gün də YAP-ın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Natiqlər bu seçkidə də YAP-ın zəfər çalacağına inandıqlarını və bütün gənclərin partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv