YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşadan verilən mesaj

Malik Mirzəyev

YAP Lerik Rayon Təşkilatının sədri

İyulun 20-22-də Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilib. Foruma 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağ, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb. Forumda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media ekspertləri , çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, onun səbəb olduğu genişmiqyaslı neqativ nəticələrin təhlili və onunla mübarizədə ən effektiv həll yollarının müəyyənləşdirilməsi, həmçinin dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər, media savadlılığı, süni intellektin reallığa, mediaya təsiri, iqlim hərəkatında medianın rolu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda Forum çərçivəsində müxtəlif layihələrin təqdimatı, sərgilər, mədəni tədbirlər təşkil olunub, əməkdaşlıq müqavilələri imzalanıb, ikitərəfli və çoxtərəfli görüşlər keçirilib.

Prezident İlham Əliyevdə iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib və media nümayəndələrinin suallarını cavablandırıb.

Prezident İlham Əliyev çıxışında Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətnin hazır olduğunu vurğulayaraq bildirdi ki, “Mənim fikrim ondan ibarət idi ki, Qarabağ münaqişəsi həll edilib. Sülh sazişinin mətninə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ona görə də Ermənistan həmin o müddəanı və terminologiyanı oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verdi. Ancaq burada yenə də hazırda iki məsələ var. Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur.”

Prezident İlham Əliyev Şuşadan mesaj verdi. Azərbaycan-Ermənistan müharibəsi də artıq başa çatıb və regionun gələcəyi üçün sülh müqaviləsinə ehtiyac var.  Azərbaycan sülh müqaviləsi imzalamaq üçün Ermənistanla danışıqlara başlamağa hazırdır. Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmaların tamamilə aradan qaldırılıb və sülh müqaviləsinin hazırlanması üçün ortaya kifayət qədər ciddi mövqe qoyub.  Azərbaycan bu məqsədlə humanitar, iqtisadi və kommunikasiya xarakterli jestlər etsə də, hələki Ermənistandan bir xəbər yoxdur.  Ermənistan və regionda sülhə xələl gətirmək istəyən bəzi xarici qüvvələr yeni reallığı dərk etməli, sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini, sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu dərk etməlidir.