YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatının yaradılmasının 31-ci ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının yaradılmasının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsibi anıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək  tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yoldan ətraflı danışıb. YAP Qazax rayon təşkilatının yaranma tarixindən, fəaliyyətindən, partiyanın VII Qurultayından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsindən geniş bəhs edərək, tədbir iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin düşdüyü acınacaqlı durumu, mövcud özbaşınalıqları, xaos və anarxiyanı bir daha xatırladaraq, o dövrdə nicat yolunun ancaq və ancaq Ulu Öndər Heydər Əliyevdə olduğunu xüsusi vurğulayıb. Məhz, həmin dövrdə “91-lər” adlanan bir qrup ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciət etdiyini, çox çətin və ağır şəraitdə Yeni Azərbaycan Partiyasının yarandığını diqqətə çatdırıb.

Daha sonra partiya veteranları Abbas Göyüşov, Bəsti Ələkbərova, Nəsibə Tağıyeva, Cavanşir Rüstəm və gənc partiya fəalı Pəri İbrahimova Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərindən danışıblar. Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğunu vurğulayıblar.

Tədbirdə Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış ediblər.

Sonda bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.