Xəbərlər
1969-cu ilin 14 iyulunda bugünkü müstəqilliyimizin təməli qoyulub

Qusar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
SonraUlu Öndərin zəngin həyat və fəaliyyətinin istiqamətlərini əhatə edən sərgi ilə tanışlıq olub.
Tədbirdə Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, yazıçı-publisist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Məmmədağa Sərdarov, Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov çıxış edərək 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsini ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndiriblər. Qeyd olunub ki, Ümummilli Lider 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə, mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub.
Sonra YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin sonunda Ulu Öndərin zəngin həyat və fəaliyyətinin istiqamətlərini əhatə edən sərgi ilə tanışlıq olub.