YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda Ulu Öndərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibətilə “Tərəqqi yolunun başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, partiya fəalları Rasim İmamquliyev, Təhminə Nəsibova, Vidadi İsayev, Gülmira Nəbiyeva çıxış edərək Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlməsi ərəfəsində respublikanın çox ciddi problemlərlə üz-üzə qaldığını, amma Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda bütün sahələrin inkişaf etməyə başladığını deyiblər. Qeyd olunub ki, bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində Azərbaycan keçmiş İttifaq respublikaları arasında ön sıralara çıxdı. Azərbaycan geridə qalmış aqrar ölkədən inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevrildi.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.