Xəbərlər
Prezident İlham Əliyev Vyetnam Prezidenti Çıonq Tan Şanqa təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa, ölkəsinin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.
Prezidentin təbrik məktubunda qeyd olunur ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bu gün də müvəffəqiyyətlə davam etməsi məmnunluq doğurur: “İnanıram ki, qarşılıqlı səylərimiz, mütəmadi siyasi təmaslarımız əlaqələrimizin daim genişlənməsinə və ikitərəfli münasibətlərimizin inkişafına bundan sonra da mühüm töhfə verəcəkdir”.