Xəbərlər
“Vətən sənə canım fəda”
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Vətən sənə canım fəda” mövzusunda görüş keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon təşkilatının rəhbəri Nahid Rəhimov, gənc fəallar Vüqar Məmmədov, Lətifə Həsənova və başqaları Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə olunan tarixi nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında yüksək maddi-texniki bazaya və döyüş qabiliyyətinə malik ordu yaradılıb.
Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalan torpaqlarımızı azad etdi, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yazdılar.