Xəbərlər
Sabunçu rayonunda "Eko festival - 2024" adlı tədbir keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı, Bakı Gənclər Mərkəzi. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin və UNEC Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sağlam gələcək, ətraf mühiti qorumaq və iqlim dəyişkənliyinin qarşısının alınması sahəsində gənclər arasında maarrifləndirməni artırmaq məqsədi ilə “Eko festival – 2024” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları “Təmiz Şəhər” ASC tərəfindən hazırlanan tullantılardan ibarət sərgi ilə tanış olublar. Sonra dövlət və özəl qurumların, habelə akademik sektor nümayəndələrinin iştirakı ilə "Ətraf mühit və gənclər" mövzusunda panel-müzakirəsi keçirilib.
Panel-müzakirədə UNEC Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin layihə meneceri Mirlazım Dadaşov, COP29-un Təşkilat Komitəsinin üzvü, Smartnation platformasının rəhbəri Şəbnəm Məmmədova, UNEC Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin direktoru Dr. Gülnar Məhərrəmova, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Fəridə Ələkbərova, Təmiz Şəhər ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev və gənc iqlimçi Yaqub Əhmədov çıxış edirdilər. Spikerlər mövzu ətrafında gəncləri maraqlandıran sualları cavablandırdılar.
Daha sonra gənclər üçün musiqili və əyləncəli proqram təşkil edilib.