YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azərbaycanı xilas edən dahi Heydər Əliyev”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun Yevlax şəhərində fəaliyyət göstərən 30 saylı tam orta məktəbində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanı xilas edən dahi Heydər Əliyev” adlı maarifləndirmə tədbiri keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru Zahid Kazımov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən danışıb, qazanılan nailiyyətlərin onun siyasətinin bəhrəsi olduğunu deyiblər.

Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli Liderin ən böyük arzusunu yerinə yetirdi.