Xəbərlər
Nizami rayonunda Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar flaşmob keçirilib
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar flaşmob keçirib.
AzTU-nin nəzdində Bakı Texniki Kollecinin ərazisində keçirilən flaşmobda 300-dək gənc iştirak edib. Flaşmob zamanı gənclər “COP29” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının logosu formasında düzülüblər. Bununla da gənclər “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də Azərbaycanın bu il ev sahibliyi edəcəyi və dünyanın ən mötəbər tədbiri hesab olunan COP29 çərçivəsində keçirilən tədbirlərə dəstəklərini ifadə ediblər.
Həmçinin ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək yönəltməyə çalışıblar.