Xəbərlər
Prezident İlham Əliyev Moldova Prezidenti Nikolaye Timoftiyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolaye Timoftiyə, ölkəsinin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.