YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda Müstəqillik Günü münasibətlə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında 28 May-Müstəqillik Günü münasibətlə dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, 125 saylı tam orta məktəbin direktoru Zeynəb Əliyeva, 156 saylı tam orta məktəbin müəllimi Mənzər Ağabəyova, fəal gənc Əli Bədəlov müsəlman Şərqində ilk demokratik, dünyəvi, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıblar. Bildirilib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, AXC qısa müddətdə ciddi uğurlar qazanıb, dövlətçilik ənənələrinin təməlini qoyub.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi, ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq ölkənin müstəqilliyini əbədi etdiyi qeyd olunub.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu nailiyyətlər Azərbaycan xalqının həyatının bütün sahələrində özünü göstərir.

Tədbir diskussiya şəraitində davam edib.