Xəbərlər
Şəkidə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunan futzal turnirinə yekun vurulub
Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal üzrə “Şəki kuboku-2024” turnirinə yekun vurulub.
Turnirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 24 komanda 6 qrupda mübarizə aparıb.
Turnirin final oyununda Şəki Şəhər İcra Hakimiyyətinin və “Az-Trade” MMC-nin komandaları qarşılaşıblar. Rəqibini 3:2 hesabı ilə məğlub edən RİH komandası turnirin qalibi adını qazanıb. Rayon təhsil sektorunun və Şəki Penitensiar Xidmət Müəssisəsinin komandaları turniri müvafiq olaraq üçüncü və dördüncü pillədə başa vurublar.
Turnirin qalibləri kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.