YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu dostluq və qardaşlıq münasibətləri

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələr hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə yaradılmışdır.  Azərbaycan müstəqillik qazandıqdan sonra Belarusla dost ölkə kimi münasibətlərini daha da gücləndirdi.

İki ölkə arasında olan mehriban dostluq və qardaşlıq münasibətləri onların  strateji tərəfdaşlığa gətirib çıxarmışdır. Yəni Belarus və Azərbaycan  istənilən  məsələlərin müzakirəsində  tərəfdaş dövlətlər kimi bir-birinin yanıda olurlar.  

Bu gün aydın şəkildə görünür ki, cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycanın beynəlxalq aləmdə  digər dövlətlər ilə  əlaqələrin formalaşdırılmasında apardığı  diplomatiya strategiyası uğurlu dostluq  və qardaşlıq münasibətlərinə gətirib çıxarmışdır. Bu siyasət digər dövlətlərlə uğurlu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin bünövrəsini təşkil edir. Elə bu səbəbdəndir ki, Azərbaycanın istər regional, istərsə də beynəlxalq səviyyədə digər dövlətlərlə qurduğu qarşılıqlı və çoxtərəfli əməkdaşlığa əsaslanan əlaqələrin dairəsi günü-gündən genişlənir.

Azərbaycan və Belarus Prezidentləri arasındakı səmimi dostluq əlaqələri, yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma dövlətlərin  dostluğunda  mühüm rol oynayır. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun  cari ilin mayın 16-da Azərbaycana dövlət səfəri də böyük əhəmiyyət kəsb edir. Birmənalı olaraq demək olar ki, bu səfər çərçivəsində aparılmış müzakirələr, imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin daha dinamik inkişafına önəmli təsir edəcək. Prezident İlham Əliyev ali qonağın ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd olunduğu kimi, aparılan danışıqlar, təkbətək və geniş tərkibli formatda keçirilmiş görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Dövlət başçıları ölkələrarası münasibətlərin son illərdə inkişafını  hərtərəfli  təhlil edərək, bu inkişafın dinamikasını məmnuniyyətlə qeyd etdilər.

Qarabağda aparılan abadlıq, quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə həyata keçirilir. Təbii ki, ölkəmizə səfər edən ölkə rəhbərləri Azərbaycanın sülhsevər, humanist bir dövlət olmasını bir daha canlı şəkildə müşahidə edirlər. Bütün bunlar müstəqil dövlətimizin günü-gündən siyasi, iqtisadi cəhətdən güclənərək regionda söz sahibinə çevrilməsini sübuta yetirir.

Azərbaycan dövləti ilə güclü sənaye inkişafına malik olan Belarus dövləti  arasında  maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Belarusiyanın Azərbaycanın azad edilmiş ərazilərində birgə layihələrin reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirə bilər. 

Azərbaycanın beynəlxalq münasibətlər sahəsində əldə etdiyi uğurlar və onun bariz nümunəsi kimi digər dövlətlərlə formalaşdırılan və qarşılıqlı əməkdaşlığa və dostluğa söykənən, həm  Azərbaycanın, həm də onun tərəfdaşlarının siyasi və iqtisadi cəhətdən güclənməsinə hesablanmış İlham Əliyev diplomatiyası dövlətimiz üçün mayak rolunu oynamağa davam edir.

DİGƏR Xəbərlər Arxiv