Xəbərlər
“Yaşıl dünya-sağlam gələcək”
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya-sağlam gələcək” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov və digərləri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində ekologiya, ətraf mühitin qorunmasının prioritet istiqamətlərdən biri olduğunu deyib. Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Bu gün bütün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınmasının qlobal çağırış olduğu, Azərbaycanın da bu çağırışa qoşulan ölkələr sırasında yer aldığı vurğulanıb.
Çıxışlarda İqlim dəyişikliyi ilə bağlı dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edilib.