Xəbərlər
Bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimad əlaqələri birləşdirir
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünya dövlətləri ilə əlaqələri dinamik şəkildə inkişaf edir, çoxtərəfli iqtisadi, siyasi, mədəni, hərbi və.s əlaqələri formalaşdırılır. Müxtəlif siyasi sistemlərə, hərbi, iqtisadi bloklara daxil olan dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan bir başa dövlətlərarası çoxsahəli münasibətlər qurulur və inkişaf etdirilir. Yalnız tam müstəqil, balanslaşdırılmış xarici siyasət aparan Lider yuxarıda qeyd olunan formatda dövlət siyasətini həyata keçiriə bilər. Prezident İlham Əliyev dünyanın nadir Liderlərindən biridir ki, tam müstəqli dövlət siyasətini həyata keçirir və onun həyata keçirdiyi məsafəli dövlət siyasəti ilə dünyanın güc mərkəzləri razılaşır və qəbul edirlər. Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, onun dünya lideri arasında malik olduğu şəxsi nüfuzu və şəxsi keyfiyyətləri sayəsində Azərbaycan cəlbedici dövlətə çevrilmiş, dünya dövlətləri Azərbaycanla böyük məmunluq hissi ilə əməkdaşlığa maraq göstərirlər. Azərbaycanla geniş əməkdaşlıq qurmuş dünya dövlətlərindən biri də Bolqarıstandır. Bolqarıstanla Azərbaycan arsında əlaqələrin yüksək səviyyədə olmasını hər iki dövlət başçılarının vaxtaşırı olaraq qarşılıqlı səfərləri təsdiq edir.
Bolqarıstan Respubilkasının Prezidenti Rumen Radevin may ayının 8-də Azərbaycana səfəri, bu səfər zamanı müzakirə edilən məsələlər və imzalanan sənədlər, hər iki dövlət başçısının mətbuata verdikləri birgə bəyanat Azərbaycanla Bolqarıstan arsında münasibətlərin getdikcə daha da genişləndiyindən xəbər verir. Azərbaycan Respubilkasının Prezidenti mətbuata verdiyi bəyanat zamanı bildirmişdir: “Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.”
Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.
Bolqarıstan Prezidenti Rumen Radevin mətbuata verdiyi bətanatda da Azərbaycanla Bolqarıstan arasında münasibətlərin ən yüksək səviyyədə olduğu qeyd edilmişdir. Bolqarıstan Prezidenti Rumen Radevin mətbuata bətanatı zamanı bildirmişdir: “Bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimad əlaqələri birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoqu aparırıq. Cənab Prezident Əliyev qeyd etdiyi kimi, bu, bizim son dövrdə dördüncü görüşümüzdür. Bu, təkcə vacib bir göstərici deyil, bizim ən yüksək səviyyədə olan siyasi dialoqumuz yaxşı zəmin yaradır ki, təkcə ölkələrimizin deyil, Qafqazın və Qara dəniz hövzəsinin iqtisadi firavanlığını təmin edir, həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verir.”
Azərbaycan və Bolqarıstan Prezidentlərinin mətbuata birgə bəyanatları zamanı səsləndirdikləri fikirlər, müzakirə etdikləri məsələlər, imzalanmış sənədlər hər iki dövlət arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu və yeni imkanlara şəraiy yaradcağını qətiyyətlə söyləməyə əsas verir. Qurulmuş əlaqələr Azərbaycan dövləti üçün yeni həm siyasi, həmdə iqtisadi mənada əlavə dividentlər qazandırır.
Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət Azərbaycan dövlətinin etibarlı gələcəyini təmin etməyə xidmət edir.