YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konfrans keçirilib

Tovuz Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konfrans keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız  tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıldığını bildirib. Ümummilli Liderin həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və davamlı inkişafına həsr etdiyini qeyd edən Məmməd Məmmədov, hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən bəhs edib.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov “Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrildi”, Rayon Statistika İdarəsinin rəisi Niyazi Tağıyev “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir”, RİH başçısının Hacıalılı kənd İƏD üzrə nümayəndəsi Sahib Quliyev “Ümummilli Lider Heydər Əliyev  Azərbaycanda müasir dövlət idarəçiliyinin banisidir”, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Yanıqlı kənd A.Hüseynov adına tam orta məktəbin direktoru Xəyal Poladov “Təhsil millətin gələcəyidir” mövzusunda məruzə ilə çıxış ediblər.

Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.