YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanı dünyaya tanıdan lider – Heydər Əliyev”

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Azərbaycanı dünyaya tanıdan lider – Heydər Əliyev” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, partiya veteranları Sahib Salıfov, Məmməd Məmmədov, Ağstafa şəhər 3 saylı tam orta məktəbin direktor müavini Şəfəq Heydərli, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının fəal üzvü Leyla Bayramova və Tatlı kənd tam orta məktəbin direktor müavini Aqşin Quliyevin çıxışlarında bildirilib ki, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən daima böyük hörmət və sevgi hissi ilə xatırlanır, ruhuna dualar oxunur. Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisini təmin edib, torpaqlarımız işğaldan azad olunub və ölkəmiz möhtəşəm nailiyyətlərə imza atmaqdadır.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.