Xəbərlər
Masallı gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar bir qrup gəncin rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə həyata keçirilən ekskursiya zamanı gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Sonra keçirilən dəyirmi masada Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib.
Sonda xatirə fotosu çəkdirilib.