YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə Heydər Əliyevin 101 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər  rayon təşkilatının və Tərtər  Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və  vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və digərləri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Ulu Öndər gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olub. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq yeni bir mərhələyə qədəm qoyub.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Tərtər rayon təşkilatı Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər Təhsil sektoru ilə birgə Tərtər rayon Uşaq Gənclər İnkişaf Mərkəzində məktəblilər arasında “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsi də keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin əsasının məhz Ümummilli Lider tərəfindən qoyulması ilə bağlı məlumatların şagirdlərə çatdırılmasından ibarətdir.

Sonda müsabiqənin qalibləri fəxri fərmanla təltif olunub.